Müğənni Nura Surini tərif yağışına tutublar.

Publika.az xəbər verir ki, Nura suri yeni fotolarını “İnstagram” səhifəsində paylaşıb. Sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşınanan fotoların altında xoş sözlər yazıblar: “Nura xanım Benjamin Baton kimi getdikcə cavanlaşırsınız. Elə bil yenidən doğulursunuz”.

Qeyd edək ki, 41 yaşına rəğmən qat-qat cavan görünən N.Suri üç oğul anasıdır. Bu təriflərdən sonra Nuraya nəzər dəyməsə yaxşıdır. Çünki nəzərdən bərk qorxan müğənni tez gözə gəldiyini deyir: “Bir dəfə dedilər ki, üzünün dərisi necə gözəldir, iki ay dərimdə problemlər yaşadım, hara getdim çarə tapılmadı. Gözdən qorxuram”.

Cəvahir

Nura Suri FOTO paylaşdı, nələr yazdılar
Nura Suri FOTO paylaşdı, nələr yazdılar