Elzanın cəzasızlığı, Aygünün Namiqgildəki paltarı, Röyanın cəsarəti - HƏFTƏBECƏR

Elzanın cəzasızlığı, Aygünün Namiqgildəki paltarı, Röyanın cəsarəti - HƏFTƏBECƏR
09:17 14 Noyabr 2016
888 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (100-cü say) təqdim edir.

Adətən doğum günlərində insanlar bir-birini "yüz yaşa" deyib təbrik edirlər. Biz də yüzə çatdıq. Artıq yüzüncü həftədir ki, varıq. Mübaliğəsiz deyə bilərəm ki, bu sizin sayənizdədir.

Ötən həftənin ən maraqlı şərhinə gəlincə, kimisə fərqləndirmək mümkün olmadı. Yeri gəlmişkən, yubiley sayımız olduğundan sizə bir sualım olacaq. "Həftəbecər"in hansı sayı sizə daha maraqlı olub? İndi isə keçək gündəmə...

Dövlət himni hər bir ölkənin əsas atributlarından sayılır. Şübhəsizdir ki, dövlət atributu toxunulmazdır. Amma ona dövlət sənətçisi, yəni əməkdar artist adını daşıyan biri toxunursa, qəsdən səhv oxuyursa və bu cəzasız qalırsa, növbəti "səhvin" nə olacağını düşünmək çətin deyil. Elza Seyidcahan dövlət himnimizi səhv oxuyub və ardınca bunu qəsdən etdiyi açıqlamasını verib.

Mədəniyyət və Turizm Nazirliyindən isə buna görə Elzaya sadəcə zəng olunub və videonu sosial şəbəkələrdən silməsi tapşırılıb. Sizcə, tanınmayan biri hansısa dövlət rəmzimizə belə hörmətsiz yanaşsaydı, hansı cəzanı alardı? Deməli, gələn dəfə başqa bir sənətçi bayrağımızı tərsinə tutacaq, sonra biri efirdə milli valyutamızı cıracaq. Necə ki bunu bir dəfə ediblər.

Yeri gəlmişkən, bir oxucumuz ötən həftə Elzanı reklam etdiyimi düşünmüşdü. Məncə, bu cümlələr onun sualına cavab ola bildi.

AygünNamiq arasındakı söz-söhbətlər Şəbnəm Tovuzlunun uşağının atasının axtarışı məsələsini də vurub keçib. Aygün deyib ki, royalı Namiqgildədir. Namiq də deyib ki, Aygün məsələni şoulaşdırır. Məgər bunu bir telefon zəngiylə həll etmək olmazdı? Axı bu əllaməçiliyə, hoqqabazlığa nə ehtiyac var? Sabah Aygün çıxıb deyəcək ki, filan geyimim də Namiqgildə qalıb. O zaman bunun adını nə qoyaq? Doğrudanmı bu adamların belə reklama ehtiyacı var?

Röya Ayxanın atası efirdə qonaq olub. Verdiyi açıqlamadan bir hissəni təqdim edirəm:
"Röya çox ürəkli, kişi xasiyyətli, mərd qızdır. O mənim üçün hər şey edib. Evim, maşınım, işim var. Övladlarım salamatdır, başqa nə istəyim? Əvvəldən Röya mənim üçün başqa olub. Nəvəm Hüseyn mənə görə Azərbaycan dilini öyrənməyə başlayıb".
Deyirəm, görəsən, atası əvvəldən deyərkən hansı vaxtları nəzərdə tutur? Röyanın qrupdan ayrılıb solo faəliyyətə başladığı dövrlərimi? Mən yazsam, deyəcəklər ki, qərəzlidir. Yaxşısı - Röyanın hesabına ev, iş və maşın sahibi olan atasının açıqlamasını özünüz şərh edin.

Rəqqasə Sevda isə atası və qardaşından imtina edibmiş. Saytlar belə yazır. Amma mənə qaranlıqdır, atasıyla qardaşı ondan imtina edib, yoxsa Sevda onlardan? Düşünməli sualdır.

Azərbaycanın saz sənətinin sonuncu mogikanı aşıq Ədalət Nəsibovun səhhətində ciddi problem yaranıb. Sənətkara Allahdan şəfa diləyirik.

Xatirə İslam efirə bir libasda çıxıb ki, neçə gündür hamı ondan danışır. Libasa dəqiq baxmamışam, amma əgər mən gördüyümdürsə, müğənni üçün qəbahət olmamalıdır. Xatirəni dəstəkləməyim qənaətinə gəlməyin. Yəni, sənət adamlarının çıxdığı hoqqaların yanında o geyim salyanlılar demişkən, heç zaddır.

Əli Mirəliyev də üç həftədir gənc sənətçiylə qırğındadır. Mirəliyev sənətçini tənqid edib. Sənətçi də açıqlama verib ki, o, məni bağına dəvət etmişdi. Sənətçi o bağa gedibmi, o bağda nələr baş verib, bax bunu ikisi bilir.

Alim Qasımova həyat yoldaşı qadağa qoyubmuş. Deməli, sənətkarın gödəkçəsi köhnəlib, xanımı deyib ki, daha bunu geyinmə:

"Həyat yoldaşımla mübahisə etmişik. Deyir gödəkçən köhnəlib, bunu geyinmə. Amma mən geyinirəm, çünki mənim üçün rahatdır. Mən paltarlarımın bahalı və ya ucuz olduğuna fikir vermirəm. Əsas rahatlığımdır, onu axtarıram".

Təsəvvür edin, bu adam dünyanın yarıdan çoxunu gəzib, amma düşüncə dəyişməyib. İndi görün sənətçiciklər onun sənətinin on faizinə sahib olsaydılar, nələr edərdilər.

Sonda Röyanın bu açıqlamasını təqdir etdiyim üçün paylaşıram. Bu cəsarətə əhsən: "Evlənməyəcəm, heç kimi bədbəxt etmərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR