Bölgələrdə analoq yayımı nə zaman dayandırılacaq?

Bölgələrdə analoq yayımı nə zaman dayandırılacaq?
18:12 14 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bölgələrdə analoq yayımı bu ilin sonuna qədər, hətta ola bilsin ki, 2017-ci ildə dayandırıla bilər".

Milli.Az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
O bildirib ki, bölgələrdə analoq yayımın dayandırılmasının ləngiməsi dekoderlərlə bağlı ola bilər: "Ola bilsin ki, ayrı-ayrı bölgələr üzrə analoq yayımın dayandırılması ilə əlaqədar vaxt müəyyənləşdirək. Çünki bazar iqtisadiyyatının şərtlərinə görə, dekoderləri vətəndaşlar özləri almalıdırlar. Amma birdən-birə bu proses ölkə miqyasında olsa, kifayət qədər dekoder tapılmaya bilər. Lakin biz yenə də qəbul etdiyimiz qərara uyğun hərəkət edəcəyik. İstəmirik ki, dekoderlərin qiyməti qalxsın. Bir qədər əvvəl dekoderlərin qiyməti qalxdı, vətəndaşlar lazım olanda onları əldə edə bilmədilər. Bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılıb. Bu iş birbaşa vəzifəmiz deyil. Düşünürəm ki, ciddi problem olmayacaq".
 
"Milli Televiziya və Radio Şurası hələ bir neçə il bundan qabaq analoq yayımının dayandırılması ilə bağlı kifayət qədər konfranslar keçirib, maarifləndirmə işləri aparıb. Biz analoq yayımın daha tez dayandırılmasını istəyirdik. Çünki bu həm də bir imic məsələsidir. Biz sosial cəhətdən problemi olan insanlarla bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Ona görə bu məsələ bir qədər uzandı, amma nəhayət qərar verməli idik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının da tövsiyəsi belə idi ki, 2015-ci ilin iyun ayında artıq bütün ölkələr analoq yayımı dayandırmalı idi. Amma yenə də əhalinin müəyyən hissəsinin vəziyyətini nəzərə alaraq, bunu daha gec etməyə qərar verdik və nəhayət ki, bu il qərar verdik. Həm də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən, analoq yayım bu ilin sonuna kimi dayandırılmalı idi. Biz də həmin proqramın icrasını həyata keçirmək üçün belə bir qərar verdik. Artıq Bakı və Abşeron yarımadasında analoq yayımı dayandırılıb. Bizi qınayanlar deyirlər ki, biz əvvəlcədən hazır olmadıq. Artıq 3 ilə yaxındır ki, bu proses gedir. Ölkədə çoxlu sayda vətəndaş kabel şəbəkəsinə, peyk antenalarına qoşulub. Əhalinin böyük bir hissəsi bu prosesə hazırdır", - deyə MTRŞ sədri qeyd edib.
 
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

21 Sentyabr 2017 12:44

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

21 Sentyabr 2017 12:42

Sabahın HAVASI: Küləkli, dumanlı və...

21 Sentyabr 2017 12:41

Azərbaycan nefti ilə bağlı NİKBİN PROQNOZ - Qiyməti XEYLİ ARTACAQ

21 Sentyabr 2017 12:38

"Topaz"da bu gün

21 Sentyabr 2017 12:37

Fransa klubunun üzvü millimizdən kənarlaşdırıldı

21 Sentyabr 2017 12:37

“eTopaz”da günün canlı oyunları

21 Sentyabr 2017 12:37

“ASUS ZenPad 10” planşeti təqdim edilib

21 Sentyabr 2017 12:35

“Google” eksperimental şəhər tikəcək

21 Sentyabr 2017 12:35

Dünyanın ən bahalı avtomobil sərgisi keçirilir - YEPYENİ MODELLƏR - FOTOLAR

21 Sentyabr 2017 12:33

Latviya prezidenti: "BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

21 Sentyabr 2017 12:32

Mətanətin sinəsi çöldə qaldı, müzakirə olundu - FOTOLENT

21 Sentyabr 2017 12:24

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

21 Sentyabr 2017 12:23

Damlanı niyə Mərdəkana aparmaq istədi?

21 Sentyabr 2017 12:23

Xəyalə ilə xəbər saatı

21 Sentyabr 2017 12:21

Bakının mərkəzində qadına zor tətbiq edən şəxs tutuldu

21 Sentyabr 2017 12:19

Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ

21 Sentyabr 2017 12:18

Türkiyədə yol qəzası baş verib, 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb

21 Sentyabr 2017 12:17

Arvadını və qızını döydü, qumbara ilə hədələdi – AZƏRBAYCANDA

21 Sentyabr 2017 12:14

Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

21 Sentyabr 2017 12:14

35 dərəcə isti olacaq

21 Sentyabr 2017 12:13

Sabaha olan hava proqnozu açıqlanıb

21 Sentyabr 2017 12:12

Azərbaycan gömrükçüləri avtomobilin torpedasında 6 ədəd mobil telefon aşkar edib

21 Sentyabr 2017 12:12

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

21 Sentyabr 2017 12:12

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

21 Sentyabr 2017 12:12

"Kimsə burada ürək tutmasından öləcək"

21 Sentyabr 2017 12:11

MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

21 Sentyabr 2017 12:09

Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

21 Sentyabr 2017 12:08

"Fəlakət" nişanlandığı deyilir

21 Sentyabr 2017 12:08

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

21 Sentyabr 2017 12:07

Departament rəhbəri və müavini işdən çıxarıldı

21 Sentyabr 2017 12:03

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

21 Sentyabr 2017 12:02

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

21 Sentyabr 2017 12:02

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

21 Sentyabr 2017 12:02

Keçmiş MTN generalının məhkəməsi davam etdirilir

21 Sentyabr 2017 12:02

Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ

21 Sentyabr 2017 11:59

Turan İbrahimov "səhər"i Şeyxdən başladı:

21 Sentyabr 2017 11:59

Bakıdakı məktəblərdən birinin direktoru vəzifəsindən azad olunub

21 Sentyabr 2017 11:57

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

21 Sentyabr 2017 11:57

SORĞU: Cavan qızlara sataşan yaşlı kişilərə hansı cəza verilməlidir?

21 Sentyabr 2017 11:56

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

21 Sentyabr 2017 11:54

“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

21 Sentyabr 2017 11:53

Əli Həsənov: “Serj Sarqsyanın BMT-dəki çıxışı həyasızlıq, tərbiyəsizlikdir”

21 Sentyabr 2017 11:52

“Accessbank”ın müştəriləri “Lounge Key” xidmətindən istifadə edə biləcək

21 Sentyabr 2017 11:52

Masallıda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib

21 Sentyabr 2017 11:52

Tanınmış jurnalist infarkt keçirdi

21 Sentyabr 2017 11:48

“Gözəllik kraliçası” ilə onun bacısını öldürən qatil həbs olundu - FOTO

21 Sentyabr 2017 11:48

"Google" daha bir məşhur smartfon brendini alıb

21 Sentyabr 2017 11:47

"Qaşına-qaşına dedilər ki, otura bilmirik, bit yeyir" - Bakıda yeni TƏHLÜKƏ

21 Sentyabr 2017 11:44

Yaponiya BMT kürsüsündən Şimali Koreya ilə bağlı çağırış etdi

21 Sentyabr 2017 11:44