İranın Yəməndəki qiyamçılara silah daşıyan iki qayığı saxlanılıb

İranın Yəməndəki qiyamçılara silah daşıyan iki qayığı saxlanılıb
01:47 15 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Yəməndə husi qiyamçılarına silah daşıdığı təsbit edilən İranın iki qayığı saxlanılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qayıq Yəmənin Əl-Hudeydə vilayətinin Es-Salif limanına doröğu hərəkət edərkən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən saxlanılıb.
İnformasiyaya əsasən, Əl-Hudeydə Xalq Müqavimət Güclərinin yaydığı açıqlamada bildirilib ki, İrana aid qayıqlarda müasir silah və sursatın olduğu təsbit edilib.
Məlumata görə, silah və sursatlar qayıqlar husilərə yardım etmək məqsədi ilə İrandan yola düşüb. Saxlanılanlar İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı ünsürlərin qiyamçıları silahlandırdığını etiraf ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-ranin-yemendeki-qiyamcilara-silah-dasiyan-iki-qayigi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR