Rusiyanın iqtisadi inkişaf naziri rüşvət alanda tutuldu

Rusiyanın iqtisadi inkişaf naziri rüşvət alanda tutuldu
07:47 15 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
 
İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev "Rosneft" şirkətinə "Başneft"-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.  Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.
 
60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR