Qayınana gəlinin üzünü yandırdı - Ürəyi zəif olanlar baxmasın! - FOTO/VİDEO

Qayınana gəlinin üzünü yandırdı - Ürəyi zəif olanlar baxmasın! - FOTO/VİDEO
08:48 15 Noyabr 2016
3525 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədəki hadisə eşidənləri dəhşətə gətirib.

Publika.az xəbər verir ki, Tekirdağda yaşayan ailədə qayınana ilə gəlinin yola getməməsi bədbəxt hadisəylə nəticələnib.

Əri məmur olan 31 yaşlı Nursel Demir bir müddət əvvəl boşanan qayınanasını 5 yaşlı oğluna baxmağa kömək məqsədiylə evlərinə dəvət edib. Ancaq tezliklə gəlin-qayınana münasibətlərində gərginlik yaranıb. Gərginliyin artdığını görən gəlin qayınanasından evi tərk etməsini istəyib. Küskün qayınana isə səhər tezdən duraraq Nurselin otağına daxil olub və yuxuda olan gəlinin üzünə və bədəninə dağ olmuş yağ töküb. Qışqıraraq yuxudan ayılan gəlin yardım istəyib.

Dərhal xəstəxanaya yerləşdirilən Nursel Demirə 2-ci dərəcəli yanıq diqanozu qoyulub.

Qayınana isə polis şöbəsinə aparıldıqdan sonra müvəqqəti sərbəst buraxılıb.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR