Bir futbolçu, 28 klub - REKORD

Bir futbolçu, 28 klub -   REKORD
10:07 15 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Son olaraq El Salvadorun "Santa Tecla" klubunda forma geyinən Sebastian Abreu karyerası ərzində 28-ci dəfə transfer olunub. Fanat.Az xəbər verir ki, uruqvaylı futbolçu Braziliyanın "Banqu" klubuna keçib.


1995-ci ildə "Defensor" forması peşəkar karyerasına başlayan futbolçu 22 il ərzində 27 klubun formasını geyinib. O, "Banqu" ilə müqavilə bağlayaraq 28-ci kluba keçib və çətin olan bir rekorda imza atıb.


40 yaşlı futbolçu indiydək əksər klublara azad agent kimi yollanıb. Karyerası ərzində onun üçün cəmi 7,7 milyoqn avro transfer haqqı ödənib.


Sebastian Abreu Uruqvay millisində 70 oyun keçirib və 26 qol vurub.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR