Beyin implantatı iflic olmuş qadına insanlarla ünsiyyət saxlamağa imkan verir

Beyin implantatı iflic olmuş qadına insanlarla ünsiyyət saxlamağa imkan verir
17:35 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Alimlər insan bədəninin daxilinə implantasiya edilmiş sensor və cihazlarla bağlı öz tədqiqat və sınaqlarının nəticələrini daha tez-tez dərc etməyə başlayıblar. Lakin hələ tarixdə heç vaxt beyin implantatı tədqiqat laboratoriyasının hüdudlarından kənara çıxmamışdı, çünki belə pasiyentlər ixtisaslaşdırılmış mütəxəssislərin müntəzəm nəzarətinə ehtiyac duyurlar. Beyin implantatından öz gündəlik həyatında istifadə edən ilk qadın 58 yaşlı Niderland sakini olub.

"Bu, çox qeyri-adi bir hissdir" – həmin qadın “New Scientist” nəşrinin jurnalistlərinə deyib. Qadının gündəlik həyatında ona kömək edən beyin implantatı müntəzəm kalibrləmə və mütəxəssislərin nəzarətini tələb etmir. 2008-ci ildə qadına qoyulmuş yan amiotrofik sklerozu nəticəsində o, hərəkət etmək qabiliyyətini itirib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, indi qadın yalnız öz gözlərini hərəkətə gətirmək imkanına malikdir, amma həkimlərin iddiasına görə, pasiyent tezliklə bu qabiliyyətini də itirəcək. Bu səbəbdən qadın öz beyninə elektrodların tətbiqini nəzərdə tutan təhlükəli əməliyyata razılıq verib. Aktivlik elektrod tərəfindən oxunduqdan sonra planşet kompüteri ona göndərilmiş siqnalları interpretasiya edir və onları "proqramı başlat" və ya "çıqqıldatmaq" kimi komandalara çevirir. Xüsusi yazılmış proqram təminatı dəsti beyin implantatının sahibəsinə oyunlar oynamağa, internetdə informasiya axtarmağa və hətta başqa insanlarla ünsiyyət saxlamağa imkan verir.

Qurğu altı ay ərzində dəqiq kalibrləmə tələb edib. Qadın öz barmağı ilə planşetin ekranına sıxdığını təsəvvür edib və kompüter onun fikirlərini düzgün tanımağı öyrənib. O, vaxt keçdikcə “Pong” kimi sadə oyunlar oynamağı öyrənib. Hazırda xarici qurğu qadının beyin komandalarını 95% dəqiqliklə oxuyur. Alimlər böyük uğura nail olublar. İndi qadın ən çox  implantatın köməyi ilə öz əlil arabasının hərəkətini idarə etməyi arzulayır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44365-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR