"Elza bizə yox, biz ona layiq deyilik" - Ömər Xəyyam yazdı

"Elza bizə yox, biz ona layiq deyilik" - Ömər Xəyyam yazdı
17:42 15 Noyabr 2016
528 Ölkə
Ölkə mətbuatı
A- A+

Elza Seyidcahanın  "Yenə o bağ olaydı" bəstəsi sosial şəbəkələrdə sürətlə yayıldı və  təhqir edildi.

Əlbəttə, gündəlik bayağı mövzuların təsiretmə gücü olduqca çoxdu.

Məsələn, gündəmdəki  bayağı hadisəyə reaksiya vermək istəmirsən, susursan. Ki, dəstədən biri olmayasan, kütləviləşməyəsən. Amma və lakin susmaq özü də həmin bayağı hadisənin banallığı ucbatından baş verir, deməli, sussan da, susmasan da artıq hadisənin bilavasitə təsiri məlum.

Elza Seyidcahan məsələsi olduqca ciddi məsələdi.

Elza sənət olaraq, əlbəttə, Ahmet Kayadan üstündü.

Bunu dəfələrlə demişəm, sübut da eləyə bilərəm.

Ahmet Kayanın aktuallığı, qazandığı sevgi əgər mətnlərindəki solmeyillilik, müxalifyönümlü fikirlərdisə, Elza mənim üçün sənətkar olaraq, mətn və musiqi baxımından - peşəkar kimi maraqlıdı.

Elza Seyidcahan müasir Azərbaycan musiqi tarixinə adını böyük hərflərlə yazmış sənətkardı və bəstələrinin məqsədi tamamilə sənətdi.

Məsələn, Ahmet Kayada məqsəd musiqi diliylə müxalif fikirləri çatdırmaq idisə, Elzada məqsəd sənətin özüdür.

Pafoslu danışdım?

Xeyr!

Elza Seyidcahanın "Yenə o bağ olaydı" bəstəsi bizim musiqi müstəvisində yenilikdi, amma dünyada bu nümunələr yetərincə var və alqışla qarşılanır.

Niyə təhqir etdiyinizi, niyə yeniliyi qəbul etmədiyinizi də bilirəm.

Ona görə yuxarıda qeyd etdim ki, bu, ciddi məsələdi.

Bütpərəstsiniz!

Sənət dünyanın yenidən dərk olunmağı üçün vasitədi!

Sənət çərçivəyə salınanda ortaya Canəli Əkbərov çıxır.

Mikayıl Müşfiq büt deyil, onun mətnlərinə dekonstruksiya da yazmaq olar, şeirlərini improvizə də etmək olar.

Musiqi təkcə qulaq məsələsi deyil.

Məsələn, şərqlilərin ən böyük problemi qulaqlarıyla yaşamağıdı.

Şərqlinin Allahı qulağındadı.

Şərqlinin imansızlığı qulaq hadisəsidi.

Şərqli qulaqlarıyla sevir.

Qərblilər görməyi sevir, ol səbəb kilometrlərcə qabaqdadılar bizdən.

Və nəhayət!

Musiqi həm də elmdi, qulaqlarımız eşidir, amma həzm eləyə bilmirik.

Elzanın bu möhtəşəm bəstəsindən bircə "iha-ha, haha-ha" çatır bizə.

Niyə?

Çünki mahiyyətimiz "iha-ha, haha-ha"lardan ibarətdi.

Məsələn, ədəbiyyatda da bu problem var: vaxtı keçmiş təhkiyə, çürük mövzular - ki, postmodern gedişlər "qocalar"a çatmır, həzm eləyə bilmirlər.

Bu, ən ümdə bəladı: çərçivələri aşmaq üçün cəsarət çatışmazlığı sindromu!

Mikayıl məhz Elzanın bəstəsində Müşfiqdir!

Mikayıl Müşfiqi heykəl kimi sevənlər Elzanın sənət səviyyəsindən dəfələrlə aşağıdı.

Təfəkkür etibarıyla Elza sizdən daha faydalı, daha dəyərlidir.

Nəyi bəyənmirsiz?

Nə istəyirsiz?

Vicdanıma and olsun ki, sabah Elza hansısa beynəlxalq musiqi yarışmasında bayrağımızı qaldırsa, selikli-pafoslu "qürür hissi"nizi götürüb əlinizə, düşəcəksiz sosial şəbəkələrin canına.

Mən sizə etibar etmirəm!

Mikayıl Müşfiq də sizdən daha çox Elzaya, onun bəstəsinə yaraşır.

Şəhərdə sırqa taxıb, kəndə qayıdanda sırğanı çıxaran oğlanlar Elzanın sənətinə dil uzadır.

Siz mahiyyət etibarilə Mamedsiniz, Tükəzbansınız, amma üzdə Cek kimi, Ameli kimi görünürsünüz.

Elza bizə yox, biz ona layiq deyilik!

Ümumiyyətlə, yerli mütəfəkkirlər heç biri azərbayanlı deyil mahiyyət etibarıyla.

Sizinlə qabağa getmək eşşək üstündə Skandinaviya ölkələrinə səyahət etmək kimidi.

Ömər Xəyyam
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR