Poroşenko və Tramp arasında telefon danışığı olub

Poroşenko və Tramp arasında telefon danışığı olub
08:17 16 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tərəflər tezliklə təkbətək görüşün keçirilməsinə dair razılığa gəliblər.  
 
Poroşenko Trampı Ukraynaya səfər etməyə dəvət edib.   
 
"Poroşenko aktiv əməkdaşlığa hazır olduğunu Trampa  bildirib və ABŞ-ın Ukraynaya Rusiya işğalına qarşı dəstək göstərməkdə davam etməsinin vacib olduğunu qeyd edib", -deyə məlumatda qeyd olunub.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR