Samirə ilə Gülüstan arasında qalmaqal: "Saçını yolacam"

Samirə ilə Gülüstan arasında qalmaqal: "Saçını yolacam"
14:17 16 Noyabr 2016
367 Maraqlı
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, S.Yusifqızı "10-dan sonra" verilişində qarşı tərəfi yalan danışmaqda günahlandırıb.

Meyxanaçı G.Əliyevanın səsləndirdiyi və gündəmə gətirdiyi "Ay nənə" mahnısını ilk özünün oxuduğunu deyib: 

"Gülüstan Əliyeva mənim haqqıma girib. Ondan bunu gözləməzdim. Həmin mahnını o ərsəyə gətirməmişdi. 1996-cı ildə mahnı gündəmə gələndə Gülüstan Əliyeva sənətdə heç yox idi. Danışmıram, o da əlinə bayraq alıb "birinciyəm" deməsin. Bu mənim haqqımdır, niyə yalan danışırsan? Çox atlanıb-düşürdü ki, Samirənin saçını yolacam. İndi gəlib sübut etsin, görək kim yalan danışır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR