"Real Madrid"dən Zinəddin Zidan, "Lester"dən Klaudio Ranyeri, Portuqaliya yığmasından Fernandu Santuş, "Yuventus"dan Massimiliano Alleqri, Fransa PSJ-sindən isə Unay Emeri ilin baş məşqçisi adı uğrunda mübarizə aparacaq.
İlin klubu seçiləcək komandalar siyahısında "Real Madrid"in, "Lester"in, "Sevilya"nın, Norveç "Molde"sinin və Polşa "Legiya"sının adı var. İlin ən yaxşı hakimi adına namizədlər isə irlandiyalı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburqdur.
Mükafatlar 27-28 dekabrda Dubayda keçiriləcək mərasimdə sahiblərini tapacaq.
Qeyd edək ki, "Globe Soccer" 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) və Avropa Klubları Assosiasiyası (ECA) tərəfindən təsis olunub.