Tacir və Fədayə yenidən bir arada - foto

Tacir və Fədayə yenidən bir arada -  foto
16:06 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Tacir Şahmalıoğlu və Fədayə Laçın birlikdə “5/5” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, uzun müddət duet ortağı olub, sonra ayrılan ifaçılar uzun fasilədən sonra birlikdə duet də oxuyublar.

F.Laçın aparıcı Zaur Kamalın küsülü olub-olmamaları ilə bağlı sualına belə cavab verib:

“Mənim həyatda tək istəyim küsülü qalmamaqdır. Heç kimlə düşmən olmuram. Şərait yaradıram ki, münasibəti korlamayaq. Elə ayrılmaq lazımdır ki, sabah üz-üzə gələndə salam verəsən. Düşmən kimi ayrılmaq olmaz”.

“Düşmən olacaq dərəcədə bir-birimizə heç nə etməmişik. Birlikdə xalqımıza gözəl duetlər bəxş etdik” deyə, T.Şahmalıoğlu bildirib.

Qeyd edək ki, T.Şahmalıoğlu açıqlamasında F.Laçınla bir vaxtlar sevgili olduqlarını demişdi. Onun bu açıqlamasını qarşı tərəf də təsdiqləmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR