Teatrın mətbuat xidmətindən "Report"a veriləb məlumata görə, kollektiv Moldova paytaxtı Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.
Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə çıxış edəcək.
Bildirilib ki, “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.