Mozambikdə benzin daşıyan avtomobil partlayıb, 70 nəfər ölüb

Mozambikdə benzin daşıyan avtomobil partlayıb, 70 nəfər ölüb
02:27 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Mozambikdə benzin daşıyan avtomobilin partlaması nəticəsində azı  70 nəfər ölüb, 110 nəfər yaralanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə Malavi ilə sərhədə yaxın ərazidə olub.
İnformasiyaya əsasən, ölkə rəsmiləri bildirib ki, benzin daşıyan avtomobil Beyerdən Malaviyə doğru hərəkət edərkən, aşıb. Xəbərə görə, yerə dağılan benzini toplamaq üçün maşının aşdığı yerə insanlar axışıb. Elə partlayışda o zaman baş verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/mozambikde-benzin-dasiyan-avtomobil-partlayib-70-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR