Mozambikdə tonlarla yanacaq daşıyan tanker partlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış ölkənin Malavi sərhədinə yaxın şəhəri olan Tetedə baş verib.
Partlayış nəticəsində güclü yanğın baş verib və 73 nəfər ölüb, 100 nəfər isə yaralanıb.
Partlayan tanker Beira limanından Malaviyə yanacaq daşıyırmış. Partlayışa tankerdən yanacaq çəkmək istəyən şəxslərin səbəb olduğu deyilir.
Vasif Həsənli