Peşəkar Futbol Liqası "Zaqatala" klubunun futbolçusunu mükafatlandırıb

Peşəkar Futbol Liqası "Zaqatala" klubunun futbolçusunu mükafatlandırıb
17:57 18 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Peşəkar Futbol Liqasının layihəsi olan "I Divizionda ayın ən yaxşı qolu" nominasiyasında ikinci qalib mükafatlandırılıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Zaqatala"nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.
500 manat pul mükafatını və xüsusi hədiyyəni bu gün keçirilən "Zaqatala" - "Ağsu" oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pesekar-futbol-liqasi-zaqatala-klubunun-futbolcusunu-mukafatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR