PFL "Zaqatala"nın futbolçusunu mükafatlandırdı

PFL "Zaqatala"nın futbolçusunu mükafatlandırdı
18:17 18 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırılıb. 


Fanat.Az xəbər verir ki, jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.


Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pfl-quotzaqatalaquotnn-futbolcusunu-mukafatlandrd-t54258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR