İbrət almaq və axirəti yada salmaq məqsədilə qəbirləri ziyarət etməyə icazə verilir. Bir şərtlə ki, orada olarkən Allahın qəzəbinə gələcək sözlər söylənilməməli, qəbirdə yatan insan çağırılmamalı və Allah Təaladan başqasından kömək istənilməməlidir. Ziyarət edən şəxs ölümü və ölən şəxsi yada salır. Bilir ki, gedəcəyi yer cənnət yaxud cəhənnəm ola bilər. Ziyarətdə ən başlıca məqsəd budur.
Milli.Az zikr.az-a istinadən bildirir ki, qəbiri ziyarət edən zaman əgər ölmüş şəxs müsəlman olubsa, salam vermək, onun üçün dua etmək, Allahdan onun üçün bağışlanma diləmək lazımdır. Həmçinin bu duanı etmək olar: "Əssələmu aleykum əhlə-d-diyəri minə-l-mu'mininə və muslimin. Va innə in şəə Allahu bikum ləəhiqun. Əsəlullahə lənə va ləkumu-l-afiyətə".
Mənası: "Salam olsun bu diyarın möminlərdən və müsəlmanlardan olan sakinlərinə!... İnşəAllah biz də sizə qovuşacayıq. Allahdan özümüz və sizin üçün sağ-salamatçılıq diləyirik".
Dua edərkən əlləri qaldırmaq olar. Bu barədə Aişəyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə deyilir: "Rəsulullah (sallallahu aleyhi və səlləm) gecənin birində çıxdı və Bərirəni onun ardınca göndərdim ki, baxıb görsün ki, hara gedir. Aişə (Allah ondan razı olsun) deyir: "Bəqi əl-Ğarqad (Mədinədə qəbiristanlıq) tərəfə getdi və Bəqinin aşağısında durdu və sonra əllərini qaldırdı və sonra dönüb getdi. Bərirə qayıtdı və mənə xəbər verdi. Səhər olunca Peyğəmbərdən bu barədə soruşaraq dedim: "Ya Rəsulallah, gecə hara çıxmışdın? O dedi: "Dua etmək üçün Bəqi camaatına göndərildim".
Milli.Az
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 milyon xərcləyib 10 il cavanlaşdı - FOTO
Bu gün
·
01:09
Çimərlik güləşində Azərbaycan millisi tarix yazdı
Bu gün
·
00:15
Azərbaycanlıların olduğu bazar vuruldu - Ölən və yaralananlar var
Bu gün
·
00:03
İmişli Şəkər Zavodunda yanğın oldu - VİDEO
Dünən
·
23:42
4 bürcün həyatında yeni dövr başlayır
Dünən
·
23:31
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
23:13
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi
Dünən
·
22:39
İrana hücumları bərpa etməyi düşünürəm - Tramp
Dünən
·
22:26
Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
22:20
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Dünən
·
21:48
Gəncədə qəza oldu, xəsarət alanlar var - FOTO
Dünən
·
21:33
Vətən müharibəsinin ilk şəhidlərindən biri Zamiq Əhmədov anıldı - VİDEO
Dünən
·
21:26
Türkiyə MMN Azərbaycanın şəhidlərini andı
Dünən
·
20:47
Litva millisinin baş məşqçisi təəssüfləndi
Dünən
·
20:20
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
20:12