Dominikan Respublikasında daşqınlar : on minlərlə insan təxliyə edildi

Dominikan Respublikasında daşqınlar : on minlərlə insan təxliyə edildi
00:59 21 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Dominikan Respublikasında şiddətli yağış və daşqınlar nəticəsində 42 min insan təxliyə edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı səkkiz yaşlı uşaq həyatını itirib, daha bir azyaşlı itkin düşüb.

 

Ölkənin şimal bölgəsində 100-ə yaxın yaşayış evi, 20 körpü dağılıb. Daşqınlar yüzlərlə evi, əkin sahələrini su altında qoyub.

 

Dominikan Respublikasının prezidenti Danilo Medina ölkənin bir sıra əyalətlərində, o cümlədən turizm bölgəsi olan Puerto-Platada fövqəladə vəziyyət rejimi tətbiq edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR