Mahmudovun qohumunun "sehrbazlığı": kondisioner yoxdur, amma 800 min "xərclənib"

Mahmudovun qohumunun "sehrbazlığı": kondisioner yoxdur, amma 800 min "xərclənib"
14:32 21 Noyabr 2016
381 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin azı 35 faiz şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları "otkat"ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə "paket"lərin verilməsini, habelə nazirliyə "krışalıq" edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.

Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq "paketi" 300-400 min manat, nazir müavinlərinin "paketi" isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı "paketlər" alıblar.

Nazirlikdəki korrupsionerlər isə dövlətin pulunu mənimsəmək üçün o dərəcədə həyasızlaşıblarmış ki, nəinki görülən işlərə görə xərcləri şişirdiblər, eyni zamanda ümumiyyətlə görülməyən işlərə görə pul ayırıb mənimsəyiblər.

Məsələn, nazirliyin təsis etdiyi "AzEurotel" MMC-də olduğu kimi. Virtualaz.org xəbər verir ki, bu MMC-nin direktoru Rəsulov Cabit Məhəmməd oğlu şahid qismində istintaqda dindirilib. İfadəsində deyib ki, "AzEurotel" MMC-nin səhmlərinin 50 faizi əvvəllər "Lukoil Europe" şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan "Lukoil Europe" öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.

"AzEvrotel" MMC öz daxili nizamnaməsinə uyğun olaraq telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan "Sviftin" təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib. MMC Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) tabe olub.

Cabit Rəsulov ifadəsində bundan başqa  göstərib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintsi ilə əlaqədar əsaslı işlər görülmədiyi halda birliyin baş direktoru kağız üzərində "görülmüş" işlərə görə münzətəm olaraq "AzEurotel"ə vəsait ayırıb, ayrılan vəsaiti öz şirkətləri üzərindən geri alaraq mənimsəyib.

Məsələn, Beytulla Hüseynov BTRİB-in 800 min manatını  "AzEvrotel" MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyiyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş "İşlərə" görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan "PLZ" MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb. 

Cabit Rəsulov direktoru olduğu müəssisədə korrupsiya və mənimsəmənin, dələduzluq sxeminin mövcudluğunu etiraf edir, ancaq deyir ki, bütün bu işlər Beytulla Hüseynovun nəzarəti və göstərişləri altında həyata keçirilirdi. "Mən direktor kimi ancaq onun göstərişlərinə əməl etmişəm"-Rəsulov özünü təmizə çıxararaq deyir...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan beynəlxalq konfransda nələri müzakirə edib?

26 Sentyabr 2017 16:35

“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir

26 Sentyabr 2017 16:35

“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb

26 Sentyabr 2017 16:35

Tələbələrin qovulması xəbərinə universitetdən REAKSİYA

26 Sentyabr 2017 16:33

London metrosunda partlayış baş verib

26 Sentyabr 2017 16:32

“Qarabağ” - “Roma” matçına onlayn sifariş edənlərdən 52 min nəfəri vaucerlərini biletlərlə dəyişdirib

26 Sentyabr 2017 16:32

ATV-də kimlər qara siyahıya salınıb?

26 Sentyabr 2017 16:28

Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

26 Sentyabr 2017 16:27

"SOCAR Methanol" şirkəti Moskvada beynəlxalq konfransda iştirak edib

26 Sentyabr 2017 16:27

160 il yaşayan xalqın pəhrizi üzə çıxdı

26 Sentyabr 2017 16:23

MTRŞ ATV-nin rəhbərliyinin dəyişdirilməsinə münasibət bildirib

26 Sentyabr 2017 16:22

Çində yük maşını üç mikroavtobusla toqquşdu

26 Sentyabr 2017 16:20

“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU

26 Sentyabr 2017 16:18

Ermənistanda şirkət direktorunun müavini rüşvət verməkdə şübhəli bilinərək tutulub

26 Sentyabr 2017 16:17

“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır

26 Sentyabr 2017 16:17

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər

26 Sentyabr 2017 16:14

Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşdü

26 Sentyabr 2017 16:13

Azərbaycan HHQ-nin baş şturmanı: "Artıq NATO taktikasını öyrənmişik"

26 Sentyabr 2017 16:12

ATV-nin vitse-prezidentinin həbs xəbəri yayıldı

26 Sentyabr 2017 16:12

İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO

26 Sentyabr 2017 16:04

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başladı

26 Sentyabr 2017 16:03

Bakı-Şamaxı-Yevlax yolu təmir olunur

26 Sentyabr 2017 16:01

"Roma" klubu Bakıya gəldi - FOTOLENT

26 Sentyabr 2017 15:59

255 nəfər zəhərləndi, 3 nəfər öldü - AZƏRBAYCANDA

26 Sentyabr 2017 15:58

Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq

26 Sentyabr 2017 15:57

Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir

26 Sentyabr 2017 15:57

"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır" - Karel Yarolim

26 Sentyabr 2017 15:57

ATV-nin yeni prezidenti kimdir?

26 Sentyabr 2017 15:55

Kəmaləddin Heydərov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

26 Sentyabr 2017 15:54

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

26 Sentyabr 2017 15:52

"Qarabağ"ın futbolçusu Norveç yığmasında

26 Sentyabr 2017 15:47

Qaynanasını bıçaqlayan kürəkənə YÜNGÜL CƏZA

26 Sentyabr 2017 15:44

Ailə üzvülərinin hamısını öldürən soydaşlarımız

26 Sentyabr 2017 15:41

ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirir

26 Sentyabr 2017 15:39

Biləcəri sakinlərinin nəzərinə - FOTO

26 Sentyabr 2017 15:38

ABŞ tarixində ilk - bu qadın mümkünsüzü bacardı

26 Sentyabr 2017 15:38

Putin Ərdoğan və Ruhani ilə kürdlərin referendumu müzakirə etdi

26 Sentyabr 2017 15:33

İcraçı direktor: “TAP Balkan və Qərbi Avropada 7 mln. ailəni qazla təchiz edəcək”

26 Sentyabr 2017 15:32

Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı açıqlanıb

26 Sentyabr 2017 15:32

“Qarabağ”ın futbolçusu Norveç yığmasına çağırılıb

26 Sentyabr 2017 15:32

Sabunçuda stadionu hasarlayıb, qapısına qıfıl vurdular

26 Sentyabr 2017 15:27

SORĞU: ''Qarabağ'' - ''Roma'' matçından nə gözləyirsiniz?

26 Sentyabr 2017 15:24

ATV-nin yeni rəhbəri: "Proqramlar nəzərdən keçirilir"

26 Sentyabr 2017 15:19

“Qarabağ”ın rəqibi Bakıda - FOTO/VİDEO

26 Sentyabr 2017 15:18

"Roma" komandası "Qarabağ"la oyun üçün Bakıya gəlib

26 Sentyabr 2017 15:17

Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində yol təmir olunur

26 Sentyabr 2017 15:17

Heyvanları öldürülən fermer şikayətçidir

26 Sentyabr 2017 15:14

Azərbaycan dövlətlərarası orqanın qərarının icrası qaydalarının dəyişdirilməsi ilə bağlı layihəni yenidən müzakirəyə çıxarır

26 Sentyabr 2017 15:12

İspaniyanın Moskvadakı səfirliyi partlayış təhlükəsi səbəbindən evakuasiya edilir

26 Sentyabr 2017 15:12

Ayana efirə çıxmağa kim qadağa qoyub?

26 Sentyabr 2017 15:12