Müğənni Ayan Babakişiyeva yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, ifaçının stili üzərində Roma çalışıb.
A.Babakişiyeva bildirib ki, libaslarını modelyer Aida Məmmədova xüsusi olaraq onun üçün hazırlayıb. Fotoların müəllifi Ruslan Nəbiyevdir.
Qeyd edək ki, Türkiyəyə köçən müğənni bir neçə günlük Bakıya qayıtmışdı. Şəkillər də sənətçinin Bakı səfəri zamanı lentə alınıb.