“Qiyamət Təyyarəsi” Amerika səmasında: dünyaya hansı mesaj verilir?

“Qiyamət Təyyarəsi” Amerika səmasında: dünyaya hansı mesaj verilir?
11:23 22 Noyabr 2016
360 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın məxfi təyyarəsinin səmalarda görünərək, uzun müddət havada qalması bir sıra suallara səbəb olub.

Publika.az
xəbər verir ki, Amerika mediası “Təlimdir, Trampın prezident seçilməsi ilə bağlıdır, yoxsa Putinə mesajdır?” sualları üzərində müzakirələr aparır.

Haqqında danışılan ağ rəngli təyyarə ötən çərşənbə günü ilk dəfə San Diaqo şəhərində görünüb. Daha sonra isə Denver şəhərinin üzərində qeydə alınıb. Bir neçə saat uçan təyyarə Oklahomadakı hərbi bazaya enib. Təyyarənin üzərində heç bir şirkəti adı, yaxud hərbi məlumatlar olmayıb.

Daha sonra məlum olub ki, bu təyyarə ABŞ Hava Qüvvələrində “Qiyamət Təyyarəsi” adlandırılır. 141 milyon dollar dəyərindəki təyyarə nüvə başlığı da daşıyır. ABŞ Hava Qüvvələrinin əlində 16 “Qiyamət Təyyarəsi” mövcuddur.

Ehtimallara görə, bu təyyarənin havada görünməsi Rusiyaya güc nümayişidir. Digər ehtimalda isə Trampın seçilməsindən sonra ABŞ-ın bununla bütün dünyaya hansısa mesajı verdiyi deyilir.

ABŞ Hava Qüvvələri “Qiyamət Təyyarəsi”nin səmaya qalxdığını təsdiqləyib, lakin bunun hansı məqsədlə edildiyini açıqlamayıb.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR