Bu yazı övladınızı ölümdən qoruyacaq - Ən vacib bilgilər - FOTO

Bu yazı övladınızı ölümdən qoruyacaq - Ən vacib bilgilər - FOTO
13:03 22 Noyabr 2016
129 Digər
Ölkə mətbuatı
A- A+

Körpə uşaqlar üçün ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Süd müxtəlif şirkətlər tərəfindən istehsal edilən uşaq yeməkləri ilə əvəzlənir. Son illərdə Azərbaycan uşaqların 80 faizinin qida təminatı əsasən xaricdən gətirilən uşaq yeməkləri ilə ödənilir. Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri 22 milyon dollar olub.

Qeyd edək ki, Azərbaycana uşaq qidaları əsasən Niderland, Avstriya, Polşa, Almaniya, Türkiyə, Gürcüstan və Rusiyadan gətirilir. Bəs bu uşaq qidaları nə dərəcədə təhlükəsizdirlər?

Bu suala cavab tapmaqda sizə Publika.az-ın “Ayırtman” layihəsi kömək edəcək.

Hansı növdə uşaq yeməkləri var?

Uşaq qidaları əsas qida komponentlərinin miqdarına görə balanslaşdırılır. Onlarda uşaqlar üçün zəruri olan zülalların, yağların və karbohidratların fiziologi nisbəti gözlənilir. Bu qidalar, onların xammal və köməkçi maddələri normativ-texniki tələblərə cavab verməli və sanitar-gigiyenik şəraitdə istehsal edilməlidir. Konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yolverilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamlı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır.

Uşaqların qidalandırılmasında uşaq yeməklərinin aşağıdakı növlərindən istifadə olunur:

meyvə və giləmeyvə konservləri;

quru məhsullar (sıyıqlar);

tərəvəzli, tərəvəzli-meyvəli, tərəvəzli-ətli konservlər;

quş əti konservləri;

duru və pastaşəkilli süd məhsulları;

quru süd məhsulları və s.

Uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində duz və şəkər olmamalı, ekoloji təmiz məhsuldan hazırlanmalıdır. Konservlər standartın tələblərinə uyğun texnoloji təlimata və resepturaya əsasən müəyyən edilmiş sanitar qaydalara görə hazırlanmalıdır.

Süni qidaların üzərində nələr əksini tapmalıdır?

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir. Süni uşaq qidalarının üzərində aşağıdakı məlumatlar olmalıdır:

Ana südünün üstünlüyü barədə qeyd;

yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi barədə qeyd;

qidanın hazırlanması qaydası və saxlanma şəraiti;

yararlılıq müddəti;

mənşəyi, istehsalçının adı və ünvanı;

enerji dəyəri;

tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması barədə qeyd;

tərkibi;

hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeyd;

uşaq qidası kimi istifadə olunan konservlərin üzərində eyni zamanda tərkibində duz və şəkər qarışığının olmadığı və ekoloji təmiz məhsuldan hazırlandığı barədə qeyd.

Uşaq qidaları necə saxlanmalıdır?

Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, bu qidalar nəm çəkir ki, bu da sonradan onların yararlılığına mənfi təsir göstərir. Uşaq qidaları təmiz, quru, yaxşı vintilyasiya olunan anbarlarda aşağıdakı temperatur rejimində və müddətlərdə saxlanılmalıdır:

meyvə və giləmeyvə konservləri 00-250 C temperaturda 2 il;

quru məhsullar (sıyıqlar) və quş əti konservlərini 00-200 C temperaturda , qutunun üzərində göstərilən müddətdə;

tərəvəzli, meyvəli-ətli konservlər şüşə qablarda 2 il, dəmir qablarda 1 il, vitamin, süd, qaymaq, xama əlavə edilmiş konservlər 1 il;

duru və quru süd məsulları, o cümlədən erkən yaşda olan uşaq qidası üçün konservləşdirilmiş ət məhsulları hər bir növ məhsulu müvafiq normativ sənədinə uyğun olaraq istehsalçı tərəfindən müəyyən olunan müddətdə;

qapağı açılmış duru süd tərkibli uşaq qidalarını ev şəraitində 4 ± 20 C temperaturda 24-78 saat müddətində;

Uşaq qidaları alarkən yuxarıda qeyd olunan saxlanma müddətlərinə və şəraitinə diqqət edin.

Uşaq qidasını alarkən birinci növbədə qablaşdırmanın tamlığına diqqət edin. Qabın özü və ya qapağı zədələnibsə onu almayın. Qidanın hazırlanma tarixi və yararlıq müddətinə fikir verin. Qabın qapağı azacıq batıqdırsa, bu həmin məhsulun təzə olmasına dəlalət edir.

Uşaq qidası alarkən nəyə diqqət edilməlidir?

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, uşaq qidasını alarkən onun üzərində “uşaq qidası” və hansı yaş dövrü üçün olmasına diqqət edilməlidir:

“Etiketdə göstərilən yaş həddinə baxın və uşağınıza uyğun olanı alın. Bunun üçün ticarət şəbəkəsindən bu məhsulları əldə edərkən əsas qayda kimi “üşaq qidası” və “6,8,10 və 12 aylıq uşaqlar üçün” yazıların etiketlərdə olmasına diqqət yetirmək lazımdır. Eyni zamanda, uşaq qidaları inqredient tərkibinə görə düzgün seçilməlidir. Uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji təmiz məhsuldan hazırlandığına xüsusi diqqət edin. Mövcud qanunvericiliyin, standartların, sanitar gigiyenik norma və qaydaların tələblərinə cavab verməyən süni qida məhsulunun istehsalı, satışı və ölkəyə idxalı qadağandır. İstehlakçı olaraq, hər kəs idxal edilən və respublikada istehsal olunan uşaq qida məhsullarının etiketindəki informasiyaya diqqət etməlidir. Bu məlumatlar digər dillərlə yanaşı, Azərbaycan dilində də olmalıdır”.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40