"ARB Ulduz"da yayımlanan "Şou məkan" proqramının budəfəki qonağı müğənni Ayan Babakişiyeva olub.

Aylardır Türkiyədə yaşayan, düzə düz, pisə pis, yaxşıya yaxşı münasibət göstərən müğənni nəhayət ki, Bakıya gəlib.

Bakının havasına həsrət qaldığını söyləyən ifaçı işlərini həm Türkiyədə, həm də burada davam etdirir. Vətəndən uzaq olsa da, torpaq onu özünə çağırır.

"Sırf işlər üçün gəldim. Həm də çox darıxmışdım. Evdəkilərə deyirəm. Siz oturun, gedim Bakının havasını udum, gələcəm".

"Ayan, ölkəni tərk edən kimi söz-söhbətlər də ayaq açıb yeriməyə başladı. Sənin müflis olduğunu söylədilər, hər kəsə üz çevirdiyini dedilər. Bir sözlə, asdılar-kəsdilər".

"Müflisləşmə yoxdur. Onu gözü götürməyənlər deyirlər ki, müflisləşib. Hər şey çox gözəldir. Öz işimizi qurmuşuq. Evlərimizi almışıq, şirkətimizi qurmuşuq".

Müğənniliklə yanaşı, biznesə qucaq açan ifaçı sənətə son qəpiyini qoyanları ağılsız adlandırdı. Üstəlik, onun daha faydalı məşğuliyyəti var.

"Sənət fədaisi ola bilərəm. Bu işə pul qoymuşamsa, bəlli bir büdcə qazanıramsa, niyə görə mən son qəpiyimi sənətə xərcləməliyəm? O qədər ağılsız müğənnilərdən deyiləm ki, gündəmdə qalmaq üçün sarayda konsert etməliyəm, klip çəkməliyəm. Mən bilirdim ki, bir fotosessiya edib, onu tamaşaçılara təqdim etsəm, o da effekt verəcək. Nəinki hansısa müğənni gedir, sarayda konsert verir.

Mən özümü niyə aladadım ki, mən konsert edəcəm, şou-biznes nümayəndələrinə dəvətnamə verəcəm ki, gəlsinlər mənə qulaq assınlar. Nə məcburdur ki?"

Türkiyədəki həyatına sıfırdan başlayan ifaçı yeni həyatından məmnundur.

"Mən Ayan olaraq həyatıma sıfırdan başladım. Məni orada heç kim tanımır. Mənim ətrafım yoxdur, dostlarım yoxdur. Peşman deyiləm. Sakit həyatım var. Burada müğənni həyatımı da davam etdirirəm. Artıq iki Ayan var".

Ayan Babakişiyeva vaxtının çox hissəni qızı ilə keçirir.

"Mənim qızım hiperaktiv uşaqdır. Hərdən xalam deyir ki, bombadır, bomba. Bir gün partlayacaq. Ona görə bilirəm ki, mənimlə vaxt keçirəndə daha sakit olur".

Ayan ona qadağalar qoyan, daş atıb baş yaran adamların ucbatından ölkəni tərk etdiyini açıqladı.

"Selena doğulanda çox sıxıntılar oldu. Heç vaxt bunu danmaram. Bəlli bir embarqolar qoyuldu. Sifarişlə önümü kəsən insanlar oldu. Vaxtında fikirləşirdim ki, dostumdur, sonra gördüm düşmənimiymiş. Bezdim əslində, sıxıldım. Düşündüm ki, bu, övladımı düzgün böyütməyimə imkan verməyəcək. Mən ya onlarla vuruşmalıyam, ya da övladımı böyütməliyəm. Övladım böyüdükcə lazımsız kəlmələr eşitməsin deyə Selena üçün keçdim".

Müğənni duet oxuyacağı həmkarının adını da eksklüziv olaraq "Şou məkan"da söylədi.

"Klip fikirləşirik və Asif Məhərrəmovla duetimiz var. "Gecə-gecə" mahnısına dostlarım o qədər qulaq asırlar ki, dedim, bu mahnını kim oxuyur? Dedilər, həm meyxanaçıdır, həm də müğənni kimi fəaliyyət göstərir. Təbii ki, təklif onlar tərəfdən gəldi".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO

Milli.Az

"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO
"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO
"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO
"Qızım bombadır, bomba, partlayacaq" - VİDEO - FOTO