"Naxox" aləmi bir-birinə qatdı: "Ölüdən yox, diridən qorxun!"

"Naxox" aləmi bir-birinə qatdı: "Ölüdən yox, diridən qorxun!"
15:05 22 Noyabr 2016
190 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə "Naxox" filminin treyleri yayımlanıb. Treyler yayımlandıqdan sonra sosial media bir-birinə dəyib. Belə ki, "Naxox"un treylerini izləyən kinosevərlər ona böyük maraq göstəriblər. Filmin baş prodüseri Orxan Mərdandan aldığımız məlumata görə, film müasir kinomuzun həm gülüş, həm də keyfiyyət baxımından öndə gedənlərindən olacaq. Ümid edirik ki, tamaşaçılar filmimizi 29 dekabrdan bütün kinoteatrlarda izləyib bəyənəcəklər.

Ssenari müəllifləri: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Fərda Amin, Zaur Mirzəzadə
Quruluşçu rejissoru: Zaur Mirzəzadə
Quruluşçu rəssamlar: Anar Hüseyn, Ceyhun Cəfərquliyev.
Bəstəkar: Səbuhi Atababayev
Quruluşçu operator: İslam Şirvani
Rafiq Hacıyev

Prodüserlər: Zaur Mirzəzadə, Orxan Mərdan

Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova

Sinopsis:

Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Söz dinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görürlər. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.

Filmin treylerini diqqətinizə çatdırırıq.

https://www.youtube.com/watch?v=3-kt9Lthm2g

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR