Prodüserləri Aygünlə Namiqin sirlərini açdı: "Pulu yarı bölürdülər"

Prodüserləri Aygünlə Namiqin sirlərini açdı: "Pulu yarı bölürdülər"
15:57 22 Noyabr 2016
794 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı bəzi ittihamlarla çıxış edir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Aygün Kazımova "Xəzər maqazin"ə açıqlamasında Namiq Qaraçuxurlunu qeyri-səmimilikdə günahlandıraraq onun haqqında bəzi fikirlər səsləndirib: "Namiq bu illərdə çox haqsızlıq edib. Bilirsiniz ki, mal-mülkə bağlı insan olmamışam. Layihələrim var, onları həyata keçirmək üçün nə satım? Royalımı, sintezatorumu qaytarsın. Hətta bağ evinin yanında başqa ev də var. Orada nə qədər əşyalarım var".
 
Bu məsələ ilə bağlı hazırda klip çəkilişlərinə görə ölkədən kənarda olan Namiq Qaraçuxurlu ilə əlaqə saxladıq. Məşhur meyxanaçı bu ittihamlara cavab vermək istəmədiyini dedi: "Üzrlü hesab edin, bu məsələlərə münasibət bildirmirəm. Yəqin anlayışla qarşılayarsınız. Sona qədər özümü və xarakterimi qoruyacam".
 
Prodüser Ataş Hüseynov isə musiqi alətinə görə hər iki sənətkarı qınayıb: "Mən onların işinə qarışmıram. Qarışsam, ikisindən birinin tərəfini saxlamalı olacam. Çünki hər iksi mənə əziz insandır. Azərbaycanda yeganə prodüserəm ki, heç bir müğənnidən ayrılandan sonra küsülü qalmamışam. Təmiz qəlblə işləmişik. Royal, sintezator məsələsinə gəlincə, əgər Aygün xanım nəyisə tələb edirsə, deməli, haqqı çatır. Boş-boşuna danışmaz. Namiq də elə bir oğlan deyil ki, royal və sintezatoru saxlasın, verməsin. Namiqə desinlər, gedib götürsünlər. Bu cür böyük adların qabağında royal, sintezator söhbəti etmək ayıbdır. Ola bilər ki, sevgi münasibəti ilə bağlı bir-birinə əsəbidirlər".
 
Namiq Qaraçuxurlu ilə işbirliyinə son qoyan prodüser Aygün Kazımova ilə işlədiyini etiraf edib: "Üç ildir Namiqlə iş birliyinə son qoymuşam. Aygün xanımla hələ də işləməyə davam edirəm. Toylarını mən təşkil edirəm. Jurnalistlər başqa cür qabardıb. Royalın 3-4 min qiyməti olsun. Bu məbləğə görə iki böyük adamın üz-üzə gəlməsi ayıbdır. Əgər başqa şeyin davasını edirlərsə, ona qarışa bilmərəm.
 
2005-2007-ci illərdə yarım saatı üçün 3500-4000 min dollara toya gedirdilər. Mənə çatan faizi götürdükdən sonra yerdə qalan məbləğ onlara çatırdı. Onlar da pulu yarı bölürdülər, birlikdə saxlayırdılar. Dediyim kimi royal, sintezator söhbətini Namiq və Aygünün adına yazmaq bizə yaraşmaz. Hər iki musiqi alətinin qiyməti birlikdə 10 min olsun. Bu, böyük pul deyil".
 
Prodüser Tarix (Tolik) Əliyev isə bu məsələyə münasibət bildirmək istəmədi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR