"Spartak" Çempionlar Liqasına vəsiqə qazansa, baş məşqçisi Massimo Karreranın məvacibini artıracaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssisin maaşı 2 milyon avroya yüksəldilə bilər. Komanda 1-2-ci yerləri tutsa, Karrera bonus qazanacaq. Onun hazırki məvacibi 1.5 milyon avrodur. "Spartak" 14 turdan sonra turnir cədvəlinin lideridir.
Milli.Az