"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının çıxışı təxirə salınıb.
Buna səbəb təqsirləndirilən M.Qasımovun vəkili Ələkbər Quliyevin məhkəməyə gəlməməsi olub.
Proses dekabrın 8-nə qədr təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.
Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova zamindədirlər.
Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsində təqsirli bilinirlər.
Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.