Azərbaycan Prezidenti Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib
13:37 26 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığı verib. 
"Report"un məlumatına görə, dövlət başçısı İ.Əliyevin Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa göndərdiyi başsağlığı məktubunda deyilir: 
"Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-kuba-inqilabinin-lideri-fidel-kastronun-vefati-ile-bagli-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR