Aşıq Zülfiyyə: "20 yaşı var, amma 50 yaşında görünür"

Aşıq Zülfiyyə: "20 yaşı var, amma 50 yaşında görünür"
17:57 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Aşıq Züfiyyənin doğüm günüdür. Sənətçi doğum gününü Tovuzda, qohum-əqrəbası ilə qeyd edir.
Publika.az-a açıqlama verən xanım sənətçi yaş kompleksi keçirmədiyini deyib: "Bəzi xanımlar kimi oturub yaşımı özümə dərd eləyənlərdən deyiləm. Əsas ruhun yaşıdır. Qadın var, 20 yaşındadır, amma 50 yaşında görünür. Qadın da var, 70 yaşındadır, amma 25 yaşda görünür. Ruhu saza-sözə bağlı olan aşıq qocalmaz. Amma haradansa eşitdiyim bir maraqlı fikri xatırladım: "Hər yaş bizi ölümə bir addım da yaxınlaşdırır, amma biz bunu bayram edirik". Bu bizi məyus edir".

Sənətçi bolluca hədiyyələr də alıb: "Oğlum, həyat yoldaşım sevdiyim çiçəklər və ətirlərlə məni təbrik etdilər. Əzizlərimin yanında, doğma Tovuzda olmağım elə mənim üçün ən böyük hədiyyədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/493415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR