Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir
00:57 29 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bizim qarşılıqlı fəaliyyətimizin mühüm hissəsini hərbi sənaye sahəsi təşkil edir. Biz bu sahədə də çoxdan tərəfdaşlıq edirik və bir-birimizi sınaqdan çıxarmışıq. Biz hərbi sənaye kompleksi sahəsində əməkdaşlıq səviyyəsindən çox razıyıq və əməkdaşlığı gücləndirmək niyyətindəyik", - deyə prezident bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ve-belarus-herbi-sahede-emekdasligi-guclendirmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR