Komandanteyə əlvida: "O öldü, amma o sağdır" - FOTO

Komandanteyə əlvida: "O öldü, amma o sağdır" - FOTO
11:12 29 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Kubada Fidel Kastro ilə vidalaşırlar. Ölkə inqilabının lideri, 90 yaşında vəfat etmiş "Komandante"nin külü olan gümüş qabın yerləşdirildiyi İnqilab Meydanındakı memoriala növbənin ucu-bucağı görünmür.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, qızmar Günəşə və saatlarla davam edən gözləntiyə rəğmən kubalılar sevimli Komandante ilə vidalaşmaq üçün gözləyirlər.

"Komandante sağdır! O həmişə bizimlədir! O, qəlbimizdə, yaddaşımızda, inqilabi irsimizdədir. Komandante öldü, amma o, sağdır. Hələ  çox komandantelər olacaq", - növbədəki kubalılardan biri deyir.

Mərhum liderin portreti ilə gəlmiş yaşlı kubalı qadın deyir: "O, xalqı üçün hər şey edirdi və həmişə bizimlə olacaq. Kuba Fideldir".

Fidel Kastronun kremasiya olunmuş cəsədinin külü iki gün Havanada qalacaq. Sonra isə Komandantenin külü Santyaqo de Kuba şəhərinə aparılacaq.

İnqilab Meydanındakı Xose Marti adına memorial kompleksdə üç otaq var. Bu gün Komandantenin külü götürülüb, onun yerinə Kastronun orden və medalları olan yastıq qoyulub.

Dünən toplardan yaylım atəşi də açılıb. Bu atəş ölkədə bir həftə davam edəcək matəm günlərinin başlanğıcına işarədir.

Dekabrın 4-də Kolmandante doğma Santyaqo de Kuba şəhərinin cənub həndəvərində dəfn olunacaq.

Milli.Az


































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR