“Oğullarım ağıllı, səviyyəli, şəxsiyyətdir. Elçi getmək istəyəndə bilsəm “yox” deyiləcək o qapıya getmərəm. Onları heç kimin qarşısında alçaltmaram. Kiminsə minnəti olsun ki, oğluma ərə gəlir”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev "Hər şey daxil” verilişində deyib.
İfaçı bildirib ki, ailə quran zaman madiyyata önəm vermək lazımdır:
“Adam var ki, evlənir. Nə işi, nə də evi var. O zaman nə xoşbəxtlikdən söhbət gedə bilər?”.
Qızı Səmayədən söz açan M.Ağayev toy ərəfəsində ona verdiyi cehizdən danışıb:
“Qızımın bütün cehizlərini verdim. Qarşılığında ona qızılını aldılar, bunlar təbii olan şeylərdir. Qız verib-alanda ailə ilə maraqlanmalısan. Evlənib iki aydan sonra boşanırlar. Bunun səbəbi araşdırmamaqdan irəli gəlir. Ata-ananın yeni ailə quran ailədən ayrı olmağının tərəfdarıyam. Evin içində ev olmaz. Əgər ailədə bir oğlun varsa, hə, valideynlə qalsın. Gələcəkdə nəvəm olacaq, evimə qonaq gələcək. Evdə ara qarışacaq. Ona görə elə başdan onu ayrı evə köçürmək lazımdır. Övladlarımı evləndirmək istəyirəm, yaşım gedir. Belə getsə, özüm yenidən ailə həyatı quracam. Nəvə istəyirəm".
Müğənni həyat yoldaşına olan sevgisindən bəhs edib:
“Həyat yoldaşımla bir-birimizi dəlicəsinə sevib ailə qurmuşuq. İndi də elədir. Allaha and olsun ki, “Leyli və Məcnun” sevgisi bizim yanımızda yalan olub. Şükürlər olsun ki, seçimimdə yanılmamışam, çox xoşbəxtəm. İki-üç dəfə elçi getdik. Aranı qatanlar var idi. İndi onlar bu həyatda yoxdular. Nişan zamanı arada çaxnaşma düşdü. Allah ölənlərə rəhmət eləsin, atam kənddə çox sayılıb-seçilirdi. Özü kimi üç-dörd ağsaqqalla elçi getdi. Atama dedilər yenə gəlin. Ondan sonra mənə dedi ki, “sənə demirəm alma, ancaq qaçırt. Məni o qapıya birdə yollama”. O da mənim kimi bicbala idi. Səhər saat 9-da həyat yoldaşımı qaçırdım”.
"Minnəti olsun ki, oğluma ərə gəlir" - Manaf Ağayev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur aktrisa sevgilisi üçün dinini dəyişir
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14
3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirildi
Bu gün
·
12:49
Oktyabrın 9-nun havası açıqlandı
Bu gün
·
12:38
Sumqayıtda dənizdə batan yaşlı kişinin meyiti tapıldı
Bu gün
·
12:32
Sosial müavinət alanların nəzərinə
Bu gün
·
12:28
Türkmənbaşıda 8-ci Məşvərət görüşü keçirildi - FOTO
Bu gün
·
12:25
Mərkəzi Asiya və Azərbaycan liderləri Birgə Bəyanat yayıb
Bu gün
·
12:19
“Qalatasaray” Sanenin əvəzinə onu istəyir
Bu gün
·
11:47
Abşeron xəstəxanasında baş həkim müavini bıçaqlandı
Bu gün
·
11:43
Məşhur aktrisa sevgilisi üçün dinini dəyişir
Bu gün
·
11:43
“Qalatasaray”ın 860 milyon avro borcu var
Bu gün
·
11:34
Bu marşrutların hərəkət sxemləri dəyişdirildi
Bu gün
·
11:32
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı
Bu gün
·
11:20
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü - FOTO
Bu gün
·
11:06