Gövhər Baxşəliyeva: "Qiymətlərin diferensiallaşması qərarı dövlətin atdığı çox ağıllı və praqmatik addımdır"

Gövhər Baxşəliyeva: "Qiymətlərin diferensiallaşması qərarı dövlətin atdığı çox ağıllı və praqmatik addımdır"
17:12 29 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, tariflərin diferensiallaşması - dövlətin atdığı çox ağıllı və praqmatik addımdır.

Milli.Az xəbər verir ki, bunu Day.Az-a açıqlamasında Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Tarif (qiymət) Şurasının noyabrın 28-də qaz və elektrik enerjisinin qiymətlərinin qaldırılmasına dair qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qərar az təminatlı ailələrə tsər etməməlidir, ilk növbədə, böyük obyeklərə, o cümlədən daşınmaz əmlaka malik imkanlı şəxslərə aid olacaq: 

"Böyük villaların işıqlandırılması və qızdırılması, bildiyiniz kimi, böyük xərclər tələb edir. Əgər bu və digər şəxslər böyük villalara sahibdirlərsə, aydındır ki, onlar otaqları "kombi" sistem vasitəsilə qızdırırlar. Bu isə o deməkdir ki, qaz gecə, gündüz də yanır. Bir halda belə bir ev tikiblər, onda qoy istifadə etdikləri qaza görə pul ödəsinlər".

Deputat qeyd edib ki, əgər elektrik enerjisindən müəyyənləşdirilmiş norma çərçivəsində - 250 kVT/saat istifadə edilsə, o zaman da ödəniş köhnə tariflər əsasında aparılacaq: 

"Lakin normanın açıldığı təqdirdə elektrik enerjisinə görə yeni tariflərlə ödəmək lazım gələcək. Eyni şey qaza da aiddir. Kim ki şəhərdə 1-2 otaqlı mənzildə yaşayır, Tarif Şurasının qərarı onlara təsir etməyəcək, artıq qeyd etdiyim kimi əhalinin imkanlı təbəqəsinə aid olacaq. Mən özüm dəfələrlə şahidi olmuşam ki, bir sıra dövlət müəssisələrində elektrik enerjisinə qənaət edilmir - işıq sutka boyu yanır - gecə də, gündüz də. Dövlət bu müəssisələrin saxlanması üçün dotasiya ayırır, ona görə də elektrik enerjisinə qənaət məsələsinə ciddi yanaşmaq lazımdır", - G.Baxşəliyeva bildirib.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR