Azərbaycan və Laos kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Azərbaycan və Laos kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
04:57 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Laosun kənd təsərrüfatı və meşəçilik naziri Lien Tikeo ilə görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində Azərbaycan-Laos ikitərəfli əlaqələri müzakirə olunub.
Tərəflər bildiriblər ki, ölkələr arasında kənd təsərrüfatı sahəsində böyük potensial var və bundan istifadə etmək lazımdır. Görüş zamanı qeyd olunub ki, Azərbaycan səfirliyi və Laos nazirliyi kənd təsərrüfatı sahəsində əməkdaşlığın irəlilədilməsi üçün səy göstərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR