Moskva və İrəvan Bakının əleyhinə olan razılaşmaya imza atdı. Bununla da, Ermənistan ordusu rəsmən Rusiya ordusuna birləşdirildi. Krım yarımadasında Rusiya və Ukrayna arasında hərbi qarşıdurma baş verə bilər. Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədlə bağlı bəyanatına görə izahat istədi. Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin nizama salınmasının yolunu göstərib.

Bu gün Moskvada Rusiya və Ermənistan arasında iki ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma imzalanıb. Razılaşmanı Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə müdafiə naziri Viqen Sarkisyan imzalayıb.

Vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq. Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.

YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...

ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb ki, Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir. “Bu razılaşmaya əsasən Rusiya Ermənistanda istədiyi etmək imkanı qazanır. Əslində bu Ermənistanın hərfən Rusiyaya birləşməsi deməkdir”, - nəşr qeyd edib.

“Foreign Policy” vurğulayır ki, bu proseslər fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin necə cərəyan edəcəyi də maraqlıdır.

Bir gün sonra BÖYÜK MÜHARİBƏ, qonşuluqda yoxa çıxan dövlət... – GÜNÜN SİYASİ XÜLASƏSİ

YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...

Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...