Ramalla Mələkxanım barışdılar

Ramalla Mələkxanım barışdılar
13:12 1 Dekabr 2016
211 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Ramal İsrafilov küsülü olduğu xalq artisti Mələkxanım Əyyubova ilə münasibətindən danışıb.

Milli.Az xəbər verir ki, o, teleqraf.com-a açıqlamasında bibisi Mələkxanım Əyubova ilə münasibətinə belə aydınlıq gətirib: "Bir-birimizdən heç vaxt incimirik. O, mənim böyüyümdür, bibimdir. Ad gününə getmədikdən sonra əlaqə saxlayıb, səbəbini açıqladım. Mən, atam hər zaman bibimə zəng edib danışırıq. Kiçik olduğumuza görə günah bizdə olur. Amma bibim heç vaxt bizdən inciməz. İncisə də haqlıdır. Dediyim kimi, küsülü deyilik".
 
Bir müddət əvvəl verilişlərin birində ad gününü qeyd edən Mələkxanım Əyyubova Ramal İsrafilov və Mirkamil Kamilov haqqında bu sözləri deyib: "Özümü onlara müəllim hesab edirəm. Müəllimin zəhməti yerə vurulmaz. Ad günümdə burada olmalı idilər. Sayanın quluyam, saymayanın ağası".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR