AFFA-nın iflasa uğrayan “şura hökuməti”

AFFA-nın iflasa uğrayan “şura hökuməti”
14:17 1 Dekabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İcraiyyə Komitəsi 14 avqust 2013-cü il tarixli iclasında bir qərar qəbul edib: klublarda Müşahidə Şurası yaradılsın. Həmin ilinin dekabrında baş tutan toplantıda isə məlum qərarın icrasının 2 müddətinə uzadılmasına, göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunmasına hökm verilib.


Artıq 3 il keçib. Lakin buna rəğmən, Müşahidə Şurası təsis etməyən iki klub qalıb – “Qarabağ” və “Qəbələ”. Maraqlıdır ki, hazırda Premyer Liqada çempionluq uğrunda mübarizə məhz bu kollektivlər arasında gedir. Üstəlik,  sözügedən komandalar hazırda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edirlər.


Şuralaşan klubların durumu isə göz önündədir – “Neftçi” tarixinin ən ağır günlərini yaşayır, klubun ipi kimin əlindədir bəlli deyil. “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə Gəncə şəhər rəhbərliyi arasında soyuq savaş gedir. Elə Topaz Premyer Liqasının sonuncu turunda bu kollektivlər arasında baş tutan görüşdə yaşanan biabırçılığın səbəbi hər iki klubun ciddi nüfuzu olmayan şəxslərə həvalə edilməsidir. Əks halda, Gəncənin icra başçısı “Neftçi” nümayəndələrini VİP-sektordan azarkeşlərin yanına qovacaq qədər irəli getməzdi. “Kəpəz”i idarə edənlər də əmrə müntəzir olan şəxslərdir. Normalda əyalət klubunun rəsmilərindən kimsə başçının qonaqları aşağılamasının qarşısını almalı idi. Lakin onlar da gözəl bilirlər ki, kluba heç bir aidiyyətinin olmamasına rəğmən, Vəliyevin sözünün qarşısına söz desələr, özləri də tribunaya qovulacaqlar. Bax, “şura hökuməti” “Neftçi” və “Kəpəz” kimi klubları bu qədər cılızlaşdırıb.


“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevdir. Tanınmış yazıçı 57 illik həyatındakı üzləşdiyi tənqidləri tərəzini  bir, kluba gələndən sonra eşitdiklərini digər gözünə qoysa, sonuncu ağır gələr.


Sədr Çingiz bəy olsa da, klubu və komandanı AFFA-nın adamları – icraçı direktor Elnur Məmmədovla Vəli Qasımov idarə edirdi. Ardıcıl uğursuz oyunlardan sonra onların “bileti kəsildi”. İndi də assosiasiya Orxan Hüseynzadə ilə Elxan Abdullayevi hadisə yerinə “ezam edib”.


“Kəpəz”də isə yuxarıda qeyd etdiyimiz kimi vəziyyət çox qarışıqdır. Müşahidə Şurasının sədri icra başçısının oğlu Elmir Vəliyevdir. Lakin Vəliyevlər öz ciblərindən kluba pul xərcləmək fikrindən uzaq olmaqla yanaşı, “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə çəkişmədədirlər.  Mehman Allahverdiyev məhz bu “soyuq müharibə”nin qurbanı oldu, icraçı direktor vəzifəsini Cabir İbrahimova təhvil verib getdi...


Açığı, belə durumdansa, AZAL kimi qəpiyə güllə atmaq yaxşıdır. Sonuncu pillədə olsalar da, ancaq meydanda uduzurlar, klub rəsmilərini kimsə aşağılamır. “Təyyarəçilər”in rəsmi saytına qeyd edilməsə də, orada da Müşahidə Şurası var. Sədri də adını sonucu dəfə 2014-cü ildə eşitdiyimiz Rəsul Rəsulovdur. Elə klubun prezidenti Zaur Axundov da bu postda formallıqdan yer alıb. Faktiki AZAL-ı vitse-prezident Fikrət Hüseynov idarə edir.


“Sumqayıt”da da nəticə yoxdur, lakin stabillik və sakitçilik hökm sürür. ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev “Sumqayıt”ın da Müşahidə Şurasının sədridir. Lakin bu, formallıqdan başqa bir şey deyil. Klubu prezident Kamran Quliyev idarə edir. Söz sahibi odur.


Qaldı ikisi – “Zirə” və “İnter”. Hər iki klub “şura hökuməti”nin bayrağına boyun əyiblər. Lakin nədənsə, rəsmi saytlarında bu barədə xüsusi bölmə, məlumat yoxdur. 


“Zirə”də Müşahidə Şurasının adı var, özü yoxdur. Klubun sponsoru “AzFar” şirkətinin rəhbərliyində dəyişiklik olduğundan, qəsəbə təmsilçisinin təsisçisi də dəyişəcək. “Zirə” futbol klubunun prezidenti Vüqar Astanov avqustun 9-da  vəzifəsindən getməsi, işlərin müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılova həvalə edilməsi bununla bağlıdır.

Klubda yaxın vaxtlar Müşahidə Şurasının yeni tərkibi müəyyənləşməli, prezident təyin olunmalıdır.


“İnter”in prezident kreslosu isə lənətlənib. Məlum səbəblərdən postundan istefa verən Georgi Nikolov vətəni Bolqarıstana dönə bilmir. Əcnəbi futbol funksioneri 2015-ci il sentyabrın 19-da Bolqarıstana getmək istəyərkən hava limanında saxlanılıb və bildirilib ki, onun çıxışına qadağa qoyulub. Səbəb isə “Beynəlxalq Bank işi” ilə bağlı şahid sayılmasıdır.


Ötən ayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Ona 63 milyon 80 min manat məbləğində cərimə kəsilib.


Gəl ki, prezident postunu 2015-ci ilin dekabrında Rəşad Qasımova təhvil verən Nikolov hələ də Azərbaycanda qalmağa məhkumdur. Onu əvəzləyici isə işinin öhdəsindən əla gəlirdi. Təsadüfi deyil ki, komanda hazırda 3-cü pillədədir, klubun işləri yolunda gedir. Ancaq Qasımov ötən ay gözlənilmədən postundan istefa verdi.


Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub. Lakin klubu faktiki olaraq “İnter” Müşahidə Şurasının sədri olan Yohann Enqbrext idarə edir. Yeni prezidentin təyinatı isə yubanır. Bəlkə də, heç olmayacaq da...


Yeri gəlmişkən, Enqbrext yeganə şəxsdir ki, Müşahidə Şurası sədridir və klubu özü idarə edir. Almaniyalı "İnter"ə maliyyə naziri Samir Şərifovun istəyi ilə gətirilib. Almaniya “Commerzbank”nın 5 ildi ki, Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən alman Samir Şərifovun ailəsinə məxsus biznesin ortaqlarından biridi.


Fanat.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Mentorlarla səhər yeməyi" layihəsinə başlayıb

23 Sentyabr 2017 14:22

Aygün 30 illik hesabat verdi: göz yaşları ilə, "Yenə tək"...

23 Sentyabr 2017 14:19

Bakıda şirkətdən külli miqdarda pul oğurlandı

23 Sentyabr 2017 14:18

Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

23 Sentyabr 2017 14:17

Azərbaycan XİN başçısı ATƏT-in baş katibi ilə görüşüb

23 Sentyabr 2017 14:17

"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda - YENİLƏNİR

23 Sentyabr 2017 14:17

"Bərzani bu böyük xətadan geri dönməlidir" - Ərdoğanın baş müşaviri

23 Sentyabr 2017 14:14

"Gürzə" yeməyinin hazırlanması

23 Sentyabr 2017 14:10

Tənbəl insanlar üçün ƏLA "KƏŞF"LƏR - FOTO

23 Sentyabr 2017 14:03

Bakıda metronun qarşısında ölüm...

23 Sentyabr 2017 14:03

Məşhur aktyor həyat yoldaşı Bergüzar Korel haqqında görün nə dedi?

23 Sentyabr 2017 13:58

Avtobusda 9 yaşlı uşağı döydülər

23 Sentyabr 2017 13:51

Müharibəyə doğru - Baş nazirdən növbəti SƏRT XƏBƏRDARLIQ

23 Sentyabr 2017 13:48

4:1 Qurban Qurbanova nə verdi? - 25+225...

23 Sentyabr 2017 13:47

Aygün Kazımovanın konsertindən

23 Sentyabr 2017 13:46

“Moody's Böyük Britaniyanın reytinqini endirib

23 Sentyabr 2017 13:42

"Referendum qərarı macəradır" - Binəli Yıldırım

23 Sentyabr 2017 13:34

İraqın Baş Qərargah rəisi Türkiyəyə yollandı

23 Sentyabr 2017 13:31

İraq kürdlərinin müstəqillik referendumunda online səsvermə başlayıb

23 Sentyabr 2017 13:29

44 yaşlı tovuzludan Bakıda 9 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL: saqqız alacam deyə apardı, zorladı və...

23 Sentyabr 2017 13:28

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57