2017-ci il üzrə büdcə zərfinin müzakirəsi davam edir

2017-ci il üzrə büdcə zərfinin müzakirəsi davam edir
11:18 2 Dekabr 2016
106 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 2017-ci il üzrə büdcə zərfinin Milli Məclis komitələrinin birgə iclasında müzakirəsi bu gün də davam edib.

Publika.az xəbər verir ki, bu gün keçirilən müzakirələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, Regional məsələlər və İnsan hüquqları komitələri təmsil olunur.

İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Ombudsman Elmira Süleymanova və digər hökumət üzvləri də iştirak edir.

Hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, vitse-spiker Bahar Muradova çıxış edir.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/178227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR