Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahzadə Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, məktəblərdən birində müəllim işləyən Ş. Rüstəmov dələduzluqda ittiham edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmə qəti imkan tədbiri seçilib.

Milli.Az