Müğənni Ayan Babakişiyeva İnstaqram səhifəsində etdiyi son paylaşımı ilə bir çox həmkarına söz atıb desək, yanılmarıq.

Milli.Az xəbər verir ki, burnunu plastik əməliyyat etdirən müğənnilər sırasında yer alan Ayan paylaşımıyla uğursuz əməliyyat etdirən həmkarlarına atmaca atıb.

Müğənni paylaşımına bu şərhi qeyd edib:

Ayan hansı həmkarına lağ etdi? - "Kukla burun..." - FOTO

"Əvvəl və sonra... Artıq burun əməliyyatımdan 1 il keçir. Doktora təşəkkür edirəm ki, məni başqaları kimi kukla burun etmədiniz".

Milli.Az