Avtomobil ağaca çırpıldı: sürücü öldü

Avtomobil ağaca çırpıldı: sürücü öldü
18:14 2 Dekabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə 17.30 radələrində Lənkəran-Boradigah şosesində, Separadi kəndi ərazisində qeydə alınıb.

 

Masallı rayon sakini olan Güləddin adlı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobil qəflətən idarəetmənin itməsi səbəbindən yol kənarında olan ağaca çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb.

 

Ağır xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücü orada dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR