Avtomobillərdən oğurluq edənlər yaxalandı

Avtomobillərdən oğurluq edənlər yaxalandı
12:44 3 Dekabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan daha iki nəfər yaxalanıb. Lent.az-ın məlumatına görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı şəhər sakinləri olan 3 nəfərə məxsus avtomobillərdən pul, maqnitofon, akkumlyator, qızıl və gümüş üzük oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Nurulla Muxtarov və Ruslan Şükürlü tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 1 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilib.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR