Murad Arifin yeni işi - video

Murad Arifin yeni işi -  video
13:26 3 Dekabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Murad Arif bundan sonra özünü yeni peşədə sınayacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi dublyajda çalışacaq. Onun səsini kinoteatrda nümayiş olunan əcnəbi filmlərin tərcüməsində eşidəcəksiniz.
 
Yeni işindən danışan M.Arif bildirib ki, ekran işlərindəki yeni dublyaj maraqla qarşılanacaq:

“Azərbaycan dilində olan tərcümə tamaşaçılarımıza ona görə maraqlı gəlmirdi ki, bizim dublaj redaksiyalarımız kanalların sifarişiylə, səsləndirməni olduğu kimi deyil, redaktə ilə təqdim edirdi. Əsas qəhrəman kimisə söyürdüsə, bunu yumşaltdıqda emosiyalar dəyişir, saxtalaşır. Sünilik isə tamaşaçını uzaqlaşdıran faktdır. Dublaj o zaman uğurludur ki, ssenari dəyişməsin, emosiyalar yumşalmasın. Yeni yaradılmış "Cinemazadə" adlı dublaj komandamız sayəsində tamaşaçıları Azərbaycan dilli kinoya baxmağa qaytaracayiq. Bu Azərbaycan dilinin qələbəsi sayilmalıdır”.

Qeyd edək ki, "Bəd santa 2" filmində baş qəhrəmanı M.Arif səsləndirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR