""Reket jurnalist"lərin onlarla belə hadisə törətdiyi üzə çıxacaq"

""Reket jurnalist"lərin onlarla belə hadisə törətdiyi üzə çıxacaq"
17:47 3 Dekabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Mətbuat Şurası (MŞ) Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində vətəndaşları şantaj etməklə onlardan pul tələb edən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və digər "reket jurnalist"lərin əməlləri barədə dəfələrlə fikir bildirib.

Bunu Trend-ə açıqlamasında "525-ci qəzet"in baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, həmin şəxslər müəyyən vəzifəli şəxslərlə əlaqə yaradaraq, sonradan onları şantaj edərək pul tələb ediblər:

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

"Bizim fikirlərimiz artıq təsdiqini tapır. Dəfələrlə KİV-lərdə insanların şərəf və ləyaqətini alçaldan materialların yayımlanması ilə bağlı Şuraya şikayətlər daxil olub. Araşdırma zamanı bəlli olurdu ki, həmin KİV-lər onları şantaj edərək pul almaq istəyirlər. Düşünürəm ki, istintaqın gedişində həmin şəxslərin onlarla belə hadisə törətdiyi üzə çıxacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/495480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR