"Nə qədər özümü unutmuş kimi göstərsəm də..." - Qurban Qurbanov

"Nə qədər özümü unutmuş kimi göstərsəm də..."   - Qurban Qurbanov
19:27 3 Dekabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı oyundan sonra fikirlərini bölüşüb. Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:


- Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdü, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdən bizim üçün çox çətin oldu. 2:0 dan sorna rəqib fərqlənə bilərdi. "Səbail"ə uğurlar arzu edirəm.


- Matçdan əvvəl qarşılaşmanın Tofiq Bəhramov adına Respubilka stadionunda keçiriləcəyi deyilirdi...

- Belə bir fikir oldu. Hava yağışlı keçdiyindən stadion əməkdaşları ot örtüyünə ziyan olacağını dedilər. Ona görə də alınmadı. Amma orada oynamağı çox istəyərdik.

 

- Matç ərzində bir anlıq da olsa, "Fiorentina" ilə matçdan uzaqlaşıb, bu qarşılaşmaya köklənə bildiniz?

- Mənim yadımdan çıxmadı. Çalışırdım ki, oyunçularımız bu matça köklənsin. Nə qədər özümü unutmuş kimi göstərsəm də, bu haqda düşünürdüm.

 

- Bu gün elə bir taktiki gediş oldumu ki, "Fiorentina"ilə matç üçün bu gün onu sınaqdan keçirdiniz?

- Xeyr, fərqli komandalar və sistemlərdi. Əsas olan oyunçularımın formadadan düşməməsi idi. Əsas məqsədimiz bütün futbolçuların eyni səviyyədə olmasıdı.


- Ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

- "Sumqayıt"la oyunlarımız həmişə çətin keçir. Çünki fərqli sistemdə çıxış edirlər və istəklidilər. Daim aqresiv olurlar. İndi əsas fikrimiz "Fiorentina" ilə oyuna köklənməkdi.


- Rəşad Sadıqovun durumu nə yerdədi?

- Rəşad hazırda məşq edir. Həkimlərin qərarından çox şey asılı olacaq.

 

- Rəşad oynasa, gələcək kareyasına təhlükə ola bilərmi?

- Həkimlər 100 faiz əmin olmasa, oynamayacaq.

 

- Rəşadsız oynamaq komandada fobiya yaratmır?

- Hamı bir kapitana öyrəşəndə və o olmayanda hamıya təsir edir. Meydanda lider olsa, futbolçularda arxayınlıq olur. Hanısa futbolçunun yoxluğu məşqçinin əlində kartların azalması deməkdi.

 

- Maksim və Madeyra olmayacaq. Sonuncu dəfə nə vaxt belə gərgin vəziyyətlə üzləşmisiz?

- "Zaltsburq"la cavab matçı yadıma gəlir. O zaman da bir çox futbolçumuz zədəli və cəzalı idi. Həmçinin, "İnter"lə oyunöncəsi də bu vəziyyətlə üzləşmişdik.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotn-qdr-ozumu-unutmu-kimi-gostrsm-dquot-t54669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR