FİLM KİMİ HADİSƏ: Plan baş tutmadı, qanlı toqquşmada 5 polis öldü

FİLM KİMİ HADİSƏ: Plan baş tutmadı, qanlı toqquşmada 5 polis öldü
13:34 4 Dekabr 2016
133 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Ukraynada faciəli hadisə baş verib, 5 polis əməkdaşı həlak olub.

 

APA-nın məlumatına görə, bu barədə deputat Anton Qerşenko “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Kiyevin Brovarsk rayonunun Knyajiçi qəsəbəsində paytaxt polisinin cinayət-axtarış bölməsi sistemli olaraq şəhər sakinlərinin evlərini talan edən quldur dəstəsinin üzvlərinin yaxalanması əməliyyatı hazırlayıb. Cinayətkarların növbəti hədəfinin Knyajiçi qəsəbəsində olacağı barədə operativ məlumat alınıb və həmin yerə cinayət axtarış bölməsinin qrupu və xüsusi təyinatlılar yollanıb. Knyajiçi qəsəbəsindəki küçədə şəxsi evlərdən birində polis kəşfiyyatçıları yerləşdirilib. Kəşfiyyatçıların vəzifəsi şəraiti izləmək və lazımi məqamda cinayətkarların cinayət başında saxlanması üçün xəbər vermək olub. Lakin təsadüfən polislərin olduğu evlə qonşu olan bir evdə mühafizə üçün avtomatik rejimdə quraşdırılmış siqnalizasiya sistemi işə düşüb. Dərhal hadisə yerinə mühafizə polisinin əməkdaşları gəlib və qonşuluqdakı evdə olan iki polis kəşfiyyatçısını saxlayıblar. Həmin vaxt isə cinayətkarların saxlanılması üçün mikroavtobusda hazır vəziyyətdə saxlanılan xüsusi təyinatlılar polis kəşfiyyatçılarının bədbəxtliklə üzləşdiyini, cinayətkarlar tərəfindən saxlanıldığı qənaətinə gəliblər və ora gəliblər. Daha sonra xüsusi təyinatlılarla mühafizə polisləri arasında atışma olub. Nəticədə 2 mühafizə polisi, iki polis kəşfiyyatçısı və bir xüsusi təyinatlı ölüb.

 

Həmin vaxt yaxınlıqdakı atışma səsini eşidərək talan planlarını təxirə salaraq “Toyota Land Cruiser 200” markalı iki avtomobilə qaçmağa çalışan cinayətkarlar da Kiyevdə saxlanılıblar. Onların üzərində odlu silah aşkarlanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR