Türkiyəli ifaçı Kibariye müğənni Xumar Qədimovadan bəhs edib.
Axşam.az-ın məlumatına görə, sənətçi "ARB TV"də yayımlanan "Türk şou-maqazin" verilişinə açıqlamasında deyib ki, onunla yenidən duet oxumaq istəyir:
"Xumarı çox sevirəm. Onunla çox gözəl duetlər ifa etdik, gözəl proqramlara qatıldıq. Yenə dəvət etsə, yenə onunla duet oxuyaram. Həmin ərəfədən bu günə kimi görüşməmişik. Çox gözəl oxuyur, hörmətçildir. Xumar başqa cür qadındır. Bakıda bizi çox gözəl qarşılamışdı".