ARB TV-də yayımlanan "Türk şou-maqazin" proqramının növbəti qonağı məşhur müğənni Kibariyə olub.
Milli.Az xəbər verir ki, müğənni, Xumar Qədimova ilə duetlərindən söz açaraq, onu çox sevdiyini qeyd edib: "Xumarı çox sevirəm. Xumara buradan sevgilər, hörmətlər. Onunla çox gözəl duetlər ifa etdik, gözəl proqramlar etdik. O, məni çox sevir, mən də onu çox sevirəm. Yenə dəvət etsə, yenə gedərəm. Ondan sonra görüşmədik. Amma o gəlsə, yenə gedərəm. Yaxşı qadındır, çox gözəl oxuyur, çox hörmətcildir. Bizi çox gözəl qarşıladı. Xumar başqa cür qadındır, yəni yaxşı qadındır".
Həmçinin Kibariyə Azərbaycanda olduğu müddətdə gördüklərini və buradakı təəssüratlarını da bölüşüb: "Oranın xalqını çox sevdim. O qədər maraqlandılar ki, yeməyimizlə, suyumuzla. Havalarıyla, sevgiləriylə, hörmətləri ilə, mən çox bəyəndim. Yəni ev alma, qonşu al. Ora getdiyimdə, mən, bir az darıxaram deyə düşündüm, amma çox gözəl şeylərlə qarşılaşdım. Çox sevdim. Oradakı insanları çox sevirəm. Yenə dəvət etsələr, gedəcəm, oturacam. Həyat yoldaşımla bəzən gəzməyə də gedirəm. Havası çox təmizdir. Təbii ki, proqramlardan sonra yenə getdim. Əyləndim, gözəldir, havası, suyu gözəldir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:





